Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
Adalet.az xəbər verir ki, dövlət başçısı ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğuladı.
O, Prezident Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdıraraq qeyd etdi ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş etdi. Dövlət başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırladı.
Nazir vurğuladı ki, İran Prezidenti ölkələrin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirdi.
İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlət başçısına məlumat verdi.
Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu dedi.
Söhbət zamanı ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Digər Xəbərlər
12 Oktyabr 2026 17:06
İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
12 Oktyabr 2026 16:47
Çin XİN başçısı Azərbaycana səfər edəcək
12 Oktyabr 2026 16:39
Azərbaycan və Ukrayna arasında Sazişə dəyişiklik protokolu təsdiq edildi
12 Oktyabr 2026 15:24
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
12 Oktyabr 2026 15:11
Prezident Quba-Xəzəryanı regionu ilə bağlı sazişi təsdiqlədi
12 Oktyabr 2026 14:20
“Heç bir xarici mərkəz Azərbaycana hansı qaydaları tətbiq etməli olduğunu diktə edə bilməz”
12 Oktyabr 2026 13:35
Prezidentin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNİB
12 Oktyabr 2026 12:38


Bakı -°C

