Prezident indoneziyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev İndoneziya Prezidenti Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Azərbaycan-İndoneziya münasibətlərinin son dövrlərdə inkişaf dinamikası, istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli strukturlar çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Ölkələrimizin Qoşulmama Hərəkatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və digər beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.
Biz Azərbaycan ilə İndoneziya arasında sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Hazırda siyasi, iqtisadi, mədəni, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar formalaşmışdır. Hesab edirəm ki, mövcud imkanlardan bəhrələnərək ikitərəfli fəaliyyət gündəliyimizin genişlənməsinə nail ola bilərik.
İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Digər Xəbərlər
03 May 2026 17:55
Sahil Babayev Özbəkistanda ikitərəfli görüşlər keçirib
03 May 2026 17:50
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə qarşı siyasi təxribatdır - BƏYANAT
03 May 2026 12:09
İlham Əliyev Polşa Prezidentini TƏBRİK ETDİ
02 May 2026 17:43
ABŞ nümayəndəsi: Azərbaycanla tərəfdaşlıq xartiyasında iqtisadi əməkdaşlıq əsas istiqamətdir
02 May 2026 17:42
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
02 May 2026 17:40
Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür"
02 May 2026 17:19
“Avropa Parlamenti daxilində yanaşmalar dəyişməli, daha konstruktiv mövqe sərgilənməlidir”
02 May 2026 11:35


Bakı -°C

