Prezident Laçın və Cəbrayılın bu kəndlərinin bərpasına pul ayırdı
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılıb.
Dövlət başçısının digər Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinə vəsait ayrılıb.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.
Digər Xəbərlər
11 Yanvar 2026 14:31
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - VİDEO
10 Yanvar 2026 17:03
"Qaçqınkom"dan "Qobu Park"dakı binalar barədə iddialara MÜNASİBƏT
10 Yanvar 2026 15:00
FHN əhaliyə müraciət etdi
10 Yanvar 2026 13:09
Azərbaycanda fotoqraf buna görə 3 gün mağarada qaldı - VİDEO
09 Yanvar 2026 21:23
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
09 Yanvar 2026 17:55
Publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib
09 Yanvar 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq
09 Yanvar 2026 16:10


Bakı -°C

