Prezident: Növbəti həftələrdə Kərkük,Ərbil və Bəsrə şəhərlərinə birbaşa reyslərimiz olacaq
İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.
Adalet.az bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.
Azərbaycan və İraq paytaxtları arasında birinci birbaşa uçuşun baş tutduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək".
Digər Xəbərlər
25 Fevral 2026 20:55
"Düşmənin sonuncu yuvasını da dağıtmışıq" - İlham Əliyev
25 Fevral 2026 20:20
Əminəm ki, bundan sonra heç kim bizə qarşı... - Prezident
25 Fevral 2026 18:10
Ceyhun Bayramov Somalinin yeni səfiri ilə görüşdü
25 Fevral 2026 17:29
Rusiya ilə hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edildi
25 Fevral 2026 17:10
Xocalı qətliamı: Ermənistanın məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi
25 Fevral 2026 15:32
Milli Məclisdə komitə iclası keçirilib
25 Fevral 2026 14:50
Ümid edirik ki, Zəngəzur dəhlizi ən qısa zamanda həyata keçiriləcək - Fuat Oktay
25 Fevral 2026 14:32


Bakı -°C

