Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Adalet.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına liseydə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.
Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.
Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.
Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.
Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, yenilənən təhsil müəssisəsində tədris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.
Burada bölgələrdən gələn və peşəkar idmanla məşğul olan şagirdlərin yataqxana ilə təmin edilməsi də nəzərdə tutulur. Liseydə həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması da təmin ediləcək.
Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.
Digər Xəbərlər
16 Dekabr 2025 16:10
"İnflunserlər bunu həyat tərzi kimi təqdim edir” - AQTA-nın şöbə müdiri
16 Dekabr 2025 15:31
“Gənclər nəinki siqaret çəkir, həm də..." - Deputat
16 Dekabr 2025 15:12
Naxçıvan DİN-dən silsilə əməliyyatlar
16 Dekabr 2025 15:06
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan ediləcək
16 Dekabr 2025 14:39
Bu kateqoriyalardan olan şəxslər amnistiyaya düşəcəklər - SİYAHI
16 Dekabr 2025 13:34
Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
16 Dekabr 2025 13:07
Hansı hallarda hərbi vəzifəlilərin maaşlarının saxlanılacağı dəqiqləşib
16 Dekabr 2025 12:40


Bakı -°C

