Prezident Zəngilan İstirahət Kompleksindəki işlərlə tanış oldu - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Adalet.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.
Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki otel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Otel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.
Oteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq.
Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Digər Xəbərlər
29 Sentyabr 2026 14:27
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29 Sentyabr 2026 12:33
"U-15 və U-20 dünya çempionatına hazırlıq yüksək səviyyədə aparılır" - İlham Əliyev
29 Sentyabr 2026 12:17
İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - FOTOLAR
29 Sentyabr 2026 10:50
“Azərbaycanın torpağı nədir ki, gürcü keşişi də göz dikib”
29 Sentyabr 2026 10:12
“SEPAH Hörmüzdə gəmilərə hücum etməklə danışıqlar prosesini pozur”
28 Sentyabr 2026 22:45
Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət
28 Sentyabr 2026 18:42
Gədəbəy rayonuna icra başçısı təyin olundu
28 Sentyabr 2026 18:41


Bakı -°C

