Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
Digər Xəbərlər
20 Noyabr 2025 14:57
İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək
20 Noyabr 2025 12:59
Gələn ilin dövlət büdcəsi ilk oxunuşdan keçdi
20 Noyabr 2025 12:42
Elşən Musayev: “Dövlətimizin büdcəsi Qafqazın ən böyük büdcəsidir"
20 Noyabr 2025 12:23
"Bu gücü qorumaq üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır" - Komitə sədri
20 Noyabr 2025 11:50
Elman Nəsirov: “2026-cı ilin büdcəsi sosial rifahı və təhlükəsizliyi möhkəmləndirir”
20 Noyabr 2025 11:45
Siyavuş Novruzov dövlət başçısına TƏŞƏKKÜR ETDİ
20 Noyabr 2025 11:27
Razi Nurullayev: İnvestisiya proqramları tam şəffaf olmalıdır
20 Noyabr 2025 11:23


Bakı -°C

