adalet.az header logo
  • Bakı -°C

Seyd  Əli Ağanın oğlu Əbdürrəhim... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
349 | 2025-11-20 15:49
A- A+

Hər elin, obanın hamı tərəfindən hörmət edilən və sevilən insanları var.Və o insanları digərlərindən fərqləndirən onların mərdliyi, ağayanalığı, alicənablığı, səmimiyyətidir.Belə adamlar heç vaxt  camaatın ağır və çətin günündə  kənarda durub, hadisələrə  laqeyd  yanaşa bilmirlər.  Bizim Bəhmənlidə də  belə ailələr, belə insanlar var. Onlar elin- obanın dərdini- qəmini,sevincini , xoş anlarını özlərin ki, biliblər.

Bax , Bəhmənlidə belə ailələrdən biri də Seyd Əli Ağanın ailəsidi , balalarıdı, nəvələridi...  O  Seyd Əli Ağanın ki,Bəhmənlinin məmə deyənindən, pəpə yeyəninə qədər ona ona və ocağına hörmət edib və edir. Çünki Seyd Əli Ağa tək seyd deyildi, həm də çox böyük ziyalı, çox böyük ağsaqqal və çox böyük insan idi. Kənddə  ağır bir qan davası olanda  o, qapıya barışıq üçün heç kim gedə bilməzdi, ancaq Seyd Əli Ağa və kəndin bir- iki ağsaqqalı gedərdi və barışıq olardı, məsələ də bununla bitərd...

Atam 54 yaşında qəflətən rəhmətə getmişdı və bizim ən kəsərli, ağır anımız idi. Bax onda səhər sübhdən Seyd Əli Ağa bizim qapıya gəldi,biz üç qardaşın üçünə də baxırına basdı və dedi ki, mən sizin yanınızdayam, qorxmayın!Onda onun qəlbinin, ürəyinin bir daha hiss etdik , dağ boyda dərdimiz azaldı... O, tək bizə yox, bütün Bəhmənli camaatına qarışı belə məhəbbət göstərirdi... Biz yüz ilə yaxındır ki, Seyd Əli Ağagillə qonşuyuq. Heç aramızda başqa qonşular kimi nə hasar, nə də çəpər var...  O, Allahın dərgahına qovuşanda bütün kənd ağlayırdı.

Hərçən ki, Seyd Əli Ağa heç kimin ağlamağın istəməzdi... Yeri  Cənnət olsun! Bu yurdda  onun çox hörmətli və elin- obanın xeyir- şərinə yarayan , ağayana  övladlar var.Seyid Əbdürrəhim, Seyd  Əsgər, Seyd Mirəziz, Seyd  Novruz...  Seyd Əbdürrəhim eynən Seyd Əli Ağadır. Onun kimi ağsaqqal, onun kimi mərd , onun kimi səmimi və onun kimi qanbarışdıran! Həm də Seyd Əbdürrəhim mənim rəhmətlik dayım qızı,gözəl insan Xuraman xanım həyat  yoldaşı olub. Allah Xuraman dayı qızıya da rəhmət eləsin! Yeri onun da Cənnət olsun. Seyd Əbdürrəhim elə bir insandır ki, bütün qohum - əqrəbaya  arxa durub , kömək edib. Və mənim də  çətin günümdə o, həmişə bizim yanımızda olub.  Və bir dəfə də deməyib ki, mən filankəsə kömək eləmişəm

Bu insan o qədər səmimi, o qədər hala adamdır ki, heç kimin varında- dövlətində gözü olmayıb. Və bir də onun böyüklüyü odur ki, qardaşı da olsa, haqq- ədaləti ona verən deyil. Hətta kiminsə xətrinə deysə belə və həmin adam gözünün işığ da olsa, həqiqəti dəyəcək! Həqiqətsə, acı olur, axı! Bax bu dəyərlərə  görə də, camaat Seyd Əbdürrəhimi çox istəyir. Bəhmənlinin xeyir- şərindən qalan deyil. Onun çox böyük maddi imkanları olub . Amma özündən çox camaata əl atıb . Bir dəfə dedim ki, Seyd , sənin yaxsı imkanların olub, niyə bir ev tikdirmədin? Dedi ki, Faiq  müəllim, Bəhmənlinin bütün evləri mənim evimdir. Əsas odur ki, kənd bağlı olasan və kənd səni yaddan çıxarmasın və bir də ata evimiz var! Min şükür. Allah qismət eləyər ev də tikərik! Seyd Əbdürrəhim Birinci Qarabağ müharibəsində iştirak edib.

Elə İkinci Qarabağ Savaşında da bir ayağı Bəhmənlidə, Füzulidə idi. Çünki bu adam təpədən - dırnağa qədər öz elinə- obasına, Bəhmənliyə  bağlı insandı. Bax , ona görə mən də Seyd Əbdürrəhimi çox istəyirəm!!! Və bir də yadımdan çıxmamış deyim. O,dostluğa və qohumluğa da çox sadiq insanndı. Yaxın dostu,uzun müddət prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış,hüquq elmləri doktoru, Bəhmənlinin böyük ziyalısı Şirxan Yusif oğlu Adıgözəlovun  məzarını həm anadan olan gün , həm də rəhmətə gedən gün ziyarət edir. Çünki Seyd Əbdürrəhim dünyanın ən yaxşı adamlarından biridi. Allah dünyanın bütün yaxşı adamlarını qorusun,o cümlədən də , Əbdürrəhim qardaşımızı!!!

TƏQVİM / ARXİV