Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.
Qeyd edək ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:
- vəzifə maaşına əlavələr - təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1.0 mislinədək;
- mükafat və digər ödənişlər - təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.
Digər Xəbərlər
07 Oktyabr 2026 19:42
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var - AK Parti sözçüsü
07 Oktyabr 2026 16:00
“Əgər bu müstəqillik kiminsə xətrinə dəyirsə...”
07 Oktyabr 2026 15:50
İlham Əliyev Putinə zəng etdi
07 Oktyabr 2026 15:30
Andrey Sibiqa Azərbaycana təşəkkür edib
07 Oktyabr 2026 11:57
"Bu qanun layihəsinin adını "Əkindən bazara qədər" qoymalı idik" - Deputat
07 Oktyabr 2026 11:44
“Əslində hicab ilə Türkün yaxından uzaqdan əlaqəsi yoxdur”
07 Oktyabr 2026 11:42
“ABŞ İran rejimini dəyişdirmək istəyir” – Politoloq
07 Oktyabr 2026 11:31


Bakı -°C

