Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.
Adalet.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra nazirlik rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, poçt, kosmik fəaliyyət, yüksək texnologiyalar (rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, mikroelektronika, süni intellekt, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar), fərdi məlumatlar və nəqliyyat (avtomobil, dəmiryol, dəniz və hava nəqliyyatı, eləcə də naviqasiya) sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hesab olunacaq. İndiyə qədər qurum nəqliyyat (Prezidentin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), elektron hökumət, kosmik fəaliyyət, yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı sayılırdı.
Bundan başqa, fərmanla rəqəmsal texnologiyaların tətbiqi üzrə prioritetlərin müəyyən edilməsi, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, mövcud informasiya infrastrukturunun davamlı texnoloji inkişafına nail olunması, eləcə də dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsal mühitdə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək (1), mülki aviasiya hadisələri ilə əlaqədar axtarış və xilasetmə işlərinin təşkilində və əlaqələndirilməsində iştirak etmək (2), aidiyyəti dövlət qurumları ilə birlikdə internet idarəçiliyinin həyata keçirilməsi, habelə televiziya və radio yayımının, efir məkanının informasiya təhlükəsizliyinin və radiospektr idarəçiliyinin təmin edilməsi, eləcə də qlobal kiberhücumların qarşısının alınması ilə bağlı tədbirlər görmək (3) nazirliyin fəaliyyət istiqamətlərinə aid edilib.
Digər Xəbərlər
12 Dekabr 2025 11:01
DİN-in şəxsi heyəti Ulu Öndərin məzarını ziyarət etdi - VİDEO
12 Dekabr 2025 10:42
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO
12 Dekabr 2025 10:33
Dövlət Xidmətinin əməkdaşları Heydər Əliyevin xatirəsini yad edib
12 Dekabr 2025 10:18
Azərbaycan və Ermənistan Kəlbəcərdə demarkasiyaya BAŞLADI
12 Dekabr 2025 09:59
Sahibə Qafarova Ulu Öndərlə bağlı paylaşım etdi - FOTO
12 Dekabr 2025 09:55
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 09:53
DTX-dan Heydər Əliyevin anım günü ilə bağlı VİDEO PAYLAŞIM
12 Dekabr 2025 00:46


Bakı -°C

