Priqojin öz abidəsinə əklil düzdü? - CAR-dakı müəmma

Mərkəzi Afrika Respublikasının paytaxtında təyyarə qəzasında ölən, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin və Dmitri Utkinin abidəs ucaldılıb.
Adalet.az xəbər verir ki, paytaxt Banqidə abidənin açılışı mərsimi olub.
Təntənəli açılış bir çox qonaqları, o cümlədən təkcə “Vaqner”in yaradıcılarına ehtiramlarını bildirməyə gələn rəsmiləri deyil, həm də çoxlu vətəndaşları cəlb etdi.
Yeri gəlmişkən, mərasim zamanı kameralar Yevgeni Priqojinin abidəsinin yanında “maraqlı adamı” çəkiblər, baxmayaraq ki, onun üzü örtülüdür .
Xatırladaq ki, 2023-cü ilin avqusrunda Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə olan “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin öldü.Həmçinin, qəzada “Vaqner”in komandiri Dmitri Utkin də öldü. Həmin vaxt Tver vilayətində təyyarənin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi tapılıb.
Qeyd edək ki, ötən il “Vaqner” şirkətinin özü Priqojinə çox bənzəyən bir şəxsi Afrikada görüntüləmişi ki, bu da beyinlərdə bir sıra suallar yaratmışdı.
Əntiqə Rəşid
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
