30 Avqust 2024 11:45
196
ELM VƏ TƏHSİL

Professor Telman Xəlilov vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilov vəfat edib.

Adalet.az xəbər verir ki, professor 86 yaşında dünyasını dəyişib.

O, 1973-cü ildə kənd təsərrüfatı elmləri namizədi, 2003-cü ildə dosent, 2007-ci ildə coğrafiya elmləri doktoru, 2012-ci ildə professor elmi dərəcələrini alıb.