Prokurorluğun veteranının yubileyi münasibətilə tədbir keçirildi - FOTOLAR
Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Həmkarlar ittifaqı komitəsinin sədri və prokurorluğun veteranı Ruslan Hacıyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə keçirilən tədbir zamanı Ruslan Hacıyevin prokurorluq orqanlarında keçdiyi xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, həmçinin beynəlxalq əlaqələr, ekstradisiya və hüquqi yardım, daha sonra həmkarlar ittifaqı fəaliyyəti sahəsində uzunmüddətli səmərəli fəaliyyəti qeyd edilib.
Ruslan Hacıyev prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkili çəkilib.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

