Protokolun surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq
Qaydalarının pozulmasına görə inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunava “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydalarını tənzimləyən normalarında, barələrində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxslərə sənədlərin çatdırılması öhdəliyi müəyyən edilir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qərarın rəsmi verilməsi həmin qərarın verildiyi vaxt hesab olunur. Təklif edilən dəyişiklikdə isə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab olunur.
Bundan başqa qanun layihəsində dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbinin aradan qaldırılması da təklif edilir.
Bu da sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
07 Aprel 2026 20:00
240 min dollarlıq təhlükəsizlik: Gizli zirehli model
06 Aprel 2026 09:00
Yağışlı havada tıxaclı Bakı yolları - SİYAHI
04 Aprel 2026 19:52
Yeni Günəşlidə yolun bir hissəsi düzəldilib...
03 Aprel 2026 08:31
Bakıda tıxac olan yollar açıqlanıb
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21


Bakı -°C

