13 Noyabr 2023 12:14
1849
SAĞLAMLIQ

Psixoloq: “Buna səbəb hadisələrin sosial şəbəkələrdə...”

Xəbər verdiyimiz kimi son günlər ölkədə qətl hadisələrinin sayı artmaqdadır. Demək olar ki, hər gün bir qətl hadisəsi baş verir. 

Bəs görən bununla bağlı həyəcan təbili çalmağın vaxtı deyilmi? 

Adalet.az-ın sualını psixoloq Zeynəb Əyyubova cavablandırıb:

“Məncə, bu məsələlərin alt planında sosial şəbəkələrdə, sferalarda bu hadisələrin geniş şəkildə təbliğ olunmasıdır. Xəyanətlərin, ölüm hadisələrinin qabarıq və açıq şəkildə insanlara bildirilməsi və başqa insanlara şüuraltı şəkildə bunun öyrədilməsi olur. Yəni mən dünən, bu gün, sabah bu tip xəbərləri görürəm və öz qarşıma hansısa problem çıxanda onu sivil yolla həll etməkdənsə, ölüm hadisəsini düşünürəm. Məsələn, qısqanclıq, oğurluq, xəyanət zəminində. Yəni istər ölkədəki dırnağarası mental dəyərlər, namus üstünə qətllər, istərsə də cəzalandırma sisteminin insanlar tərəfindən olması və sair. Mənə görə bunun üçün təbliğatlar aparılmalıdır və əksi təbliğ olunmalıdır”-deyə psixoloq bildirib.

Vasif Əlihüseyn