Psixoloq: “Əgər bir uşağın ruhunun rahat böyüməsini istəyirsinizsə...”

“Əvvəla 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə bütün uşaqları təbrik edirəm. Nə xoş uşaqlığını yaşaya bilən uşaqlara. Bu gün qəmli notlardan deyil, yaxşıları sizinlə danışmaq istəyirəm”
Bunu Adalet.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq uşaqlarımızla bağlı valideynlərə bir çox tövsiyələrini verib:
“Tövsiyəm budur ki, uşaqlarınıza miras buraxacağınız ən gözəl şey gözəl xatirələrdir. Onların nə bahalı hədiyyələr, nə geyimlər, nə məktəblər yadında qalacaq. Yaddaşlarında onlarla keçirdiyiniz zaman yadında qalacaq. Məsələn, ata və anasıyla top-top oynaması, tullanması, parkda gəzməsi, suda üzməsi və sair. Əgər bir uşağın ruhunun rahat böyüməsini istəyirsinizsə, ona sevginizi dilinizlə deyin. Zatən sevirəm də, ata, ana övladını sevməzmi ifadələri ilə deyil. Sözlərinizlə sevginizi izah edin. İnsanların sevgini eşitməyə ehtiyacı var. Nə qədər çox desəniz, o qədər sevgiyə tox böyüyəcəklər və gələcəkdə sevgi aclığı keçirməyəcəklər. Bu gün üçün uşaqlarınızı gəzməyə aparın, onlarla gözəl vaxt keçirin və ən asası onlara nə xoş ki, bu ailədəyəm aurası yaradın”.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Bu qidalar sağlamlığa zərər vura bilər

Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib - FOTO

Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB
