21 Noyabr 2023 12:31
1438
SAĞLAMLIQ

Psixoloq: “Kişilər hələ də boşandıqları qadını düşünürlər...”

“Ümumiyyətlə, bu gün boşanan cütlüklərdə rast gəlirik ki, beş, üç, yeddi il və bəzən də daha çox, daha az müddətli keçmiş həyat yoldaşından boşanıb. Amma hələ də ərin ağlının bir güncündə o qalıb”

Bunu Adalet.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirib. Psixoloq daha sonra bunları əlavə edib:

“ O, neyləyir, kiminlədi, onu qısqanır, düşünür. Adətən Azərbaycanda bir münasibəti bitməmiş bitirirlər. Əgər kişi üçün münasibət bitdiyinə görə boşanırsa, o, kişi daha o qadının adını çəkməz, onu düşünməz, o qadınla bağlı heç nəylə maraqlanmaz. Deməli, biz onu araşdırmalıyıq ki, kişilər yetmiş faiz etibarilə hələ də boşandıqları qadını düşünürlər. Boşandığı qadını düşündükcə də, o qadın öz həyatında istədiyi nəyisə edəndə, (buna onun haqqı da var) o zaman qısqanclıq krizi tutur və bu da ölümlərlə və yaxud bıçaqlanma hadisələri ilə nəticələndiyini görürük. Əsas bu gün ona baxılmalıdır ki, niyə boşanmış bir kişi keçmiş həyat yoldaşını qısqanır?! Bu mövzuya toxunmalı və bu barədə maariflənmə aparılmalıdır. Bir münasibət bitməmişdirsə, niyə bəs o münasibəti sonlandırırdılar? Niyə bəs bu münasibət boşanmayla nəticələnib? Bitibsə, niyə qısqanır?”. 

Vasif Əlihüseyn