adalet.az header logo
  • Bakı -°C
20 Dekabr 2025 17:00
70
DÜNYA
A- A+

"PUA məhv edildi və hava nəqliyyatı bərpa olundu" - Nazir

"Türkiyə Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda Qara dəniz bölgəsində gəmiçilik və mülki aviasiya uçuşları üçün bütün zəruri təhlükəsizlik tədbirlərini görür".

Adalet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 2025-ci ilin yekunları üzrə hesabat iclasında bildirib.

Onun sözlərinə görə, münaqişə tərəfləri pilotsuz uçuş aparatlarından və dəniz nəqliyyat vasitələrindən fəal şəkildə istifadə edir, bu da ticarət gəmiləri və mülki aviasiya üçün ciddi təhlükə yaradır.

Yaşar Gülər, Türkiyə Hərbi Hava Qüvvələrinin dekabrın 15-də Türkiyə hava məkanını pozan PUA-nı məhv etməsini nümunə göstərib. “Həmin gün yaxınlıqdakı hava limanlarında sərnişin təyyarələrinin təhlükəsiz enişini təmin etdik. Bundan sonra PUA məhv edildi və hava nəqliyyatı bərpa olundu”, - deyə o vurğulayıb.

Türkiyəli nazir, həmçinin Qara dənizdəki Türkiyənin vacib infrastrukturuna, o cümlədən dənizdəki qazma gəmilərinə olan təhlükəyə diqqət çəkib. “Nəzarətdən çıxa biləcək sualtı və yerüstü pilotsuz nəqliyyat vasitələrinə qarşı tədbirlər görürük”, - deyə o bildirib.