Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıblar - YENİLƏNİB

J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus hava gəmisi paytaxta çatıb.
Adalet.az AZAL-a istinadən xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
*** 13:57
20 oktyabr 2025-ci il tarixində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən “Airbus A320” təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib.
AZAL-dan Adalet.az-a verilən məlumata görə, “Airbus A320” tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.
"Bildiririk ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan (“A-check”) tam şəkildə keçib. Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib. Təcrübəli pilotlarımız tərəfindən AZAL-ın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub.
Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub", - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər

Metronun bu stansiyasında interval 5 dəqiqə azaldıldı

"Adamlar var idi, Mehdiyevin kabinetinin qarşısında saatlarla, günlərlə gözləyirdilər" - Novruz Məmmədov

Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb

"Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndiriblər" - Komitə sədri

Özəl klinikalarda yoxlama - 45 nəfər sertifikatsız işləyirmiş

Mir Şahin Ramiz Mehdiyevlə bağlı hansı FAKTLARI AÇDI? - VİDEO

“Zəngilanın Azərbaycanın sayrışan ulduzlarından birinə çevrilməsi üçün...”
