Tramp öz adına mükafat hazırladır

ABŞ Konqresinə illik Tramp Sülh Mükafatının təsis edilməsi haqqında qanun layihəsi təqdim edilib.
Adalet.az xəbər verir ki, təşəbbüs Respublikaçıların nümayəndəsi Endi Barr tərəfindən irəli sürülüb. Bu təşəbbüs dövlət katibinin mükafatı təqdim etməsini nəzərdə tutur, lakin sənədin mətni hələlik ictimaiyyətə açıqlanmayıb.
Bundan əvvəl Nobel Sülh Komitəsi 2025-ci il Sülh Mükafatını Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya verib. Ağ Ev rəsmiləri komitənin qərarının sülh istəyindən çox siyasi motivlərlə bağlı olduğu qənaətindədirlər.