20 Oktyabr 2025 13:49
91
DÜNYA

Suriya Türkiyədən silah almaq niyyətindədir - KİV

Suriya terrorçulardan və İsraildən müdafiə üçün Türkiyədən silah, o cümlədən çoxlaylı hava hücumundan müdafiə sistemləri almaq niyyətindədir.

Adalet.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat dərc edib. 

Qəzet Suriyanın müvəqqəti hakimiyyət orqanlarının Türkiyəyə hava hücumundan müdafiə sistemləri, zirehli texnika, PUA və modernləşdirilmiş artilleriya sistemlərinin satışı tələbi ilə müraciət etdiyini yazır. Ancaq bu tələb Türkiyənin hərbi yardımın bir hissəsi olaraq silah verməsi deyil, rəsmi silah satışıdır.