20 Oktyabr 2025 09:45
83
DÜNYA

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinə münasibət bildirib.

Adalet.az xəbər verir ki, Ərdoğan bu barədə "X" hesabında paylaşım edib.

"ŞKTR-də keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə bu gün prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. ŞKTR-in demokratik yetkinliyini bir daha nümayiş etdirən, kiprli türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağına ümid edirəm. Türkiyə olaraq ŞKTR-in suverenlik hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik", - Ərdoğan vurğulayıb.