19 Oktyabr 2025 15:12
96
DÜNYA

Netanyahuya çağırış: Qəzzada əməliyyatları bərpa et!

Mən İsrail Baş naziri Benyamin Netanyahunu maksimum güclə Qəzzada hərbi əməliyyatları tam bərpa etməyə çağırıram.

Adalet.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.

“Yanlış olaraq düşünülürdü ki, HƏMAS dəyişəcək və imzaladığı atəşkəs razılaşmasına sadiq qalacaq. Amma gözlənildiyi kimi, təhlükəsizliyimiz üçün təhlükəli olduğunu bir daha sübut etdi”, - nazir bildirib.

Qeyd edək ki, bu gün İsrail ordusu HƏMAS-ın atəşkəs razılaşmasını pozduğunu əsas gətirərək, Rəfah istiqamətinə aviazərbələr endirmişdi.