19 Oktyabr 2025 16:20
94
SİYASƏT

Sahibə Qafarova və Simonyanın GÖRÜŞÜ OLACAQ

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan oktyabrın 21-də Cenevrədə Azərbaycan parlamentinin sədri Saibə Qafarova ilə görüşəcək.

Adalet.az xəbər verir ki, Simonyan bu barədə "Telegram" kanalında məlumat verib.

Simonyan yazıb: "Biz xanım Qafarova ilə uzun müddətdir görüşmürük və mən hazırkı vəziyyətdə bu görüşü çox vacib hesab edirəm. Ümid edirəm ki, görüş yaxşı keçəcək".