19 Oktyabr 2025 17:00
97
DÜNYA

Şəmxaninin qızının toyu yenidən gündəmdə - VİDEO

İranın ali rəhbərinin müşaviri və Ali Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şəmxaninin qızının dəbdəbəli toyu yenidən gündəmə gəlib.

Adalet.az xəbər verir ki, Şəmxaninin qızının Tehrandakı “Espinas Parsian” hotelində keçirilən 1,4 milyard tümənlik toy mərasimi İran sosial mediasının tənqid mərkəzinə çevrilib.

Sosial media istifadəçiləri 2024-cü ilin mayında keçirilən dəbdəbəli toyu hökumətin iqtisadi sanksiyalar zamanı ictimai səbirli olma çağırışlarına və genişlənmiş əxlaq polisinin yerləşdirilməsi ilə bağlı son açıqlamalarına qarşı qoyurlar.

İnternetdə bəzi insanlar “Minlərlə məzlum iranlı qız hicabın məcburi taxılması səbəbindən öldürülür, həbs olunur və işgəncələrə məruz qalır, liderlər və onların ailələri mərasimlərində bu qanunlara əməl etmir”, - deyə şərhlər yazıb.