adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
29 Mart 2024 13:26
428
GÜNDƏM

Pulu olmayan bələdiyyələr fəaliyyət göstərməməlidir – Fazil Mustafa

“Hansı bələdiyyənin sosial müəssisəsi var? Hansı bələdiyyənin idman komandası, peşə məktəbi var? Heç birinin”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycanda 24 ildir bələdiyyə institutu fəaliyyət göstərsə də, bu məsələni həll edə bilməmişik:

“Çünki bələdiyyənin pulu yoxdur. Məncə, biz əhali sayı prinsipi ilə deyil, maliyyə ilə baxmalıyıq. Əhali sayına görə bölsək də, birləşdirsək də, o fəaliyyət göstərə bilməyəcək”.

F.Mustafa qeyd edib ki, bələdiyyə müxtəlif işlərlə özünü maliyyələşdirməlidir:

“Büdcəsində pul olmayan bələdiyyələr fəaliyyət göstərməməlidir, onsuz da iş görə bilmirlər”.

Ölkədə uşaq cinayətlərinin artığını deyən F.Mustafaya görə,  buna səbəb uşaqların məktəb mühitindən ayrılması, ailənin nəzarətinin məhdud olması, idmanla məşğul ola bilməməsidir:

Deputat bildirib ki, o, sadəcə cinayətə yönələ bilir:

"Bu məsələdə əsas təşəbbüsü bələdiyyə öz üzərinə götürməlidir. Bütün xarici ölkələrdə bu belədir. İndiki prinsiplərlə bələdiyyələri inkişaf etdirə bilməyəcəyik".