Putin Azərbaycanı təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan da daxil olmaqla, bir sıra xarici ölkələrin liderləri və vətəndaşlarını təbrik edib.
Adalet.az xəbər verir ki, bu barədə Kremlin saytında bildirilib.
Məlumatda deyilir ki, Vladimir Putin qələbənin ildönümü münasibətilə Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan liderlərinə, eləcə də Moldova və Gürcüstan xalqlarına təbrik mesajları göndərib.
Rusiya lideri bu günün arxa cəbhədə çiyin-çiyinə çalışan və cəbhədə vuruşan ata-babalara minnətdarlıq və hörmət əlaməti olduğunu, saysız-hesabsız əzablar və qurbanlar bahasına nasizm işğalı üzərində çoxdan gözlənilən qələbəni yaxınlaşdırdığını vurğulayıb.
Rusiya lideri Moldova və Gürcüstan xalqlarına müraciətində müharibə illərinin hadisələrinin xatirəsini qorumağa, eləcə də xalqları birləşdirən qarşılıqlı yardım və dostluq kimi yaxşı ənənələri gələcək nəsillərə ötürməyə çağırıb.
Vladimir Putin həmçinin veteranları və arxa cəbhə işçilərinə təbriklərini çatdıraraq onlara möhkəm cansağlığı, uzun ömür və xoş əhval-ruhiyyə arzulayıb.
Digər Xəbərlər
29 Iyun 2026 20:10
Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi
29 Iyun 2026 19:31
"Kibertəhlükəsizlik sahəsində risklərə hazır olmalıyıq" - Birinci vitse-prezident
29 Iyun 2026 19:27
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTOLAR
29 Iyun 2026 15:34
Birinci Türkoloji Qurultayın 100 illiyi harada qeyd olunacaq? - AÇIQLANDI
29 Iyun 2026 14:57
Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edildi
29 Iyun 2026 14:42
Azərbaycan bu vəziyyəti öz xeyrinə çevirə bilər... - Səxavət Məmməd yazır
29 Iyun 2026 11:34
"Azərbaycan Türk dövlətlərinin məqsədlərinin həyata keçirilməsinə töhfə verir" - Ərdoğan
29 Iyun 2026 10:57


Bakı -°C

