19 Iyul 2024 15:38
222
GÜNDƏM

Putin  məşhur Bakı ermənisinə "agent" dedi, həbs "etdirdi": Adını tarix kitabından sildi  

Xəbər verdiyimiz kimi, bu ilin martında rusiyalı şahmatçı Harri Kasparov Rusiyada terrorçuların siyahısına daxil edildi.
Bundan xeyli əvvəl isə Rusiyada xarici agent kimi tanınan Kasparovu məhkəmə xarici agentlər haqqında qanunu pozduğuna görə dörd ay ərzində üçüncü dəfə cərimə etmişdi.

Bununla sakitləşməyən Rusiya Dövlət Administrasiyası yeni cəza üsullarına əl atdı. Beləki, aprel ayında Sıktıvkar şəhər məhkəməsi erməni əsilli rus şahmatçısını və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkovu terror icması yaratmaq, terror fəaliyyətini maliyyələşdirmək və terrorizmə açıq çağırışlar ittihamı ilə qiyabi həbs etdi.
Bütün bu “cəzalar”a səbəb isə məşhur şahmatçının hələ 2015-ci ildə Rusiyada müxalifət vaxt l söylədyi sözlər idi: “Putin xərçəng işi olduğu üçün Ukrayna məsələsində onunla razılaşmaq mümkün deyil. Ona görə də xərçəng şişi kimi, Putin və onun elitasını da kəsib götürmək lazımdır”.
Ukrayna müharibəsinə görə Putini sərt tənqid edən Kasparov, Kiyev administrasiyası müharibədə qalib gələ bilməsə, Rusiyanın Moldova və ya Baltikyanı ölkələrə qarşı hərbi əməliyyatlara başlaya biləcəyini deyib.
61 yaşlı duyen şahmatçı Putin haqqında “O, bütün qırmızı xətləri keçməyə hazırdır” deyərək, Rusiyanın dünyanın sonuncu imperiyası olduğunu da iddia edib.
Məhz elə bu münasibət Rusiyanı növbəti dəfə özündən çıxarıb.
Adalet.az xəbər verir ki, Rusiyanın keçmiş mədəniyyət naziri Vladimir Medinskinin yazdığı 11-ci siniflər üçün tarix dərsliyində Harri Kasparovun adı şahmat üzrə dünya çempionları siyahısından çıxarılıb.
Xüsusilə, “1964-1985-ci illərdə ideologiya və mədəniyyət” bölməsində şahmatla bağlı bölmədə Mixail Botvinnik, Vasili Smıslov, Mixail Tal, Tiqran Petrosyan, Boris Spasski və Anatoli Karpovun adları sadalanır . Karpov 1985-ci ildə dünya çempionuna uduzub və titulu əldən gedib.
Kasparov “Dojd”a müsahibəsində deyib ki, o, ancaq “Medinskinin partiya xəttinə uyğunlaşma cəhdlərinə” gülə bilər.
Xatırladaq ki, Kasparov bir sıra müxalifət hərəkatlarının iştirakçısıdır və ardıcıl olaraq Rusiya hakimiyyətini tənqid edir.
2013-cü ilin iyununda o, Rusiyanı tərk etdiyini və beynəlxalq aləmdə “Putin rejimi” ilə mübarizəni davam etdirdiyini bəyan edib.


Əntiqə Rəşid