Putin: Rusiya nüvə doktrinasını sərtləşdirmir, təkmilləşdirir
"Biz nüvə doktrinasını sərtləşdirmirik. Biz onu təkmilləşdiririk".
Adalet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı deyib.
"Ümumiyyətlə, indi biz nüvə doktrinasını deyil, "Oreşnik"i təkmilləşdirməliyik. Oreşnik”in kifayət qədər olması faktiki olaraq nüvə silahından istifadə zəruriliyini aradan qaldırır", - o qeyd edib.
Putin izah edib ki, bu müasir silah sistemlərinin kifayət qədər olması nüvə silahından istifadəyə ehtiyac olmadığını göstərir.
Prezidentin sözlərinə görə, buna görə də Rusiya bütün istiqamətlərdə kifayət qədər ehtiyatlı və hətta təmkinli davranır.
"Lakin lazım olan yerlərdə həm dövlət səviyyəsində, həm də burada yaşayan, övladlarının da burada yaşamasını istəyən, Rusiyanı öz Vətəni hesab edən və onun möhkəmləndirilməsi üçün hər şeyi etməyə hazır olan Rusiya Federasiyası vətəndaşları səviyyəsində lazımi iradə nümayiş etdiririk", - o vurğulayıb.
Digər Xəbərlər
06 Noyabr 2026 17:14
Dini təriqət liderinə 200 il həbs cəzası verildi
06 Noyabr 2026 15:31
Kiyevdə elektrik sutkada 16 saat kəsilir
06 Noyabr 2026 10:41
Trampdan Demokratlara mesaj
06 Noyabr 2026 10:33
Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
06 Noyabr 2026 09:53
"Ermənistan KTMT-də səsvermə hüququnu itirə bilər" - Pankin
06 Noyabr 2026 09:27
İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
05 Noyabr 2026 23:46
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
05 Noyabr 2026 23:25


Bakı -°C

