Putin sevgilisinə Rusiyanın ən böyük evini alıb
Bir ildən artıqdır ki, Ukraynanı işğal etdiyi üçün tənqid hədəfinə çevrilən Rusiya prezidenti Vladimir Putinin 3 uşaq anası olduğu deyilən “gizli sevgilisi” Alina Kabayeva üçün Rusiyanın ən böyük evini aldığı və illərdir sərvət xərclədiyi iddia edilib.
Şəhərin kənarındakı taxta evin keçmiş gimnastın gizli sahib olduğu bir çox yaşayış yerlərindən biri olduğu bildirilir.
Qeyd olunub ki, Kabayeva üçün xüsusi olaraq tikilən villada uşaqlar üçün çoxlu oyun meydançaları var.
Valday gölünün sahilindəki dəbdəbəli evin Putin və sevgilisinin gizli sevgi yuvası olduğu deyilir.
“Rusiyanın tacsız kraliçası” olaraq xarakterizə edilən 39 yaşlı Kabayevanın 2000-ci illərin əvvəllərindən, Rusiya liderinin hələ evli olduğu vaxtdan 70 yaşlı Putinlə münasibətdə olduğu iddia edilir. Kreml 2014-cü ildə Putinin 30 illik həyat yoldaşı Lüdmilladan boşandığını təsdiqləyib.
Project-in hesabatına görə, Putin heç vaxt açıqlamadığı gizli sevgilisi üçün aldığı mülklər arasında Soçidə 2600 kvadratmetrlik villa da var. Putinə yaxın şəxs olan Oleq Rudnovun adına rəsmiləşdirilən 20 otaqlı villada kinoteatr, hovuz, helikopter meydançası və spa kimi xüsusi yerlər də var.
Putinin sevgilisinə məxsus digər mülklər Kabayevanın nənəsi Anna Zatsepilina və digər qohumlarının qeydiyyatındadır. Zatsepilinanın adına rəsmi qeydiyyatdan keçmiş əmlakların dəyəri 10 milyon funt sterlinqdir (20 milyon dollar).
Putinin sevimli sığınacağı olan Valday gölünün sahilindəki villa Müdafiə Nazirliyi tərəfindən quraşdırılan hava hücumundan müdafiə sistemi ilə qorunur. Putinin bu evə gizli qatar stansiyasından yola düşərək zirehli qatarla getdiyi bildirilir.
Eminquey
Digər Xəbərlər
06 Dekabr 2025 14:59
Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO
06 Dekabr 2025 11:04
Peskovun qızının şəkilləri müzakirələrə səbəb oldu - FOTO
04 Dekabr 2025 14:56
Elm itlərə olan sevgimizi necə izah edir?
03 Dekabr 2025 14:59
Ölən qız morqda dirildi - FOTO
03 Dekabr 2025 11:47
Aral dənizinin faciəsi və Qazaxıstanın xilaskar çabaları
02 Dekabr 2025 15:09
Əcnəbi gəlin toydan sonra qızılları oğurlayıb qaçdı - FOTOLAR
01 Dekabr 2025 13:41
"İnsan yuma maşınları" bu qiymətə satışa çıxarıldı
01 Dekabr 2025 09:13


Bakı -°C

