13 Avqust 2025 09:26
87
DÜNYA

Putin və Trampın görüşü Alyaskadakı hərbi bazada keçiriləcək

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşü avqustun 15-də Alyaskanın Ankaric şəhərində yerləşən Elmenorf-Riçardson hərbi bazasında keçiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hazırda Alyaskada turizm mövsümi olduğundan iki liderin görüşü üçün uyğun yerlər məhdud olub.

Məsələ araşdırıldıqdan sonra hərbi baza tarixi görüş üçün bütün tələblərə cavab verən yeganə məkan olub.

Hazırda sammitə hazırlıq işləri davam edir.