12 Avqust 2025 21:10
191
DÜNYA

Lavrov və Rubionun telefon danışığı oldu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı aparıblar. 

Adalet.az xəbər verir ki, telefon danışığında tərəflər Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşünə hazırlığı müzakirə ediblər.

Onlar Rusiya-Amerika sammitinin Alyaskada uğurla keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.