12 Avqust 2025 21:48
259
İDMAN

“Qarabağ” darmadağınla pley-offda! - YENİLƏNİB

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” növbəti pley-off-a adlayıb.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35), Leandro Andrade (59) “Qarabağ”ın 5:1 hesablı qələbəsində pay sahibi olublar.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

***21:17

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fərqi artırıb - 5:1

59-cu dəqiqədə Leandro Andrade diqqət mərkəzinə düşüb.

***21:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ikincni hissə başlayıb.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi 4:1 hesabı ilə öndədir.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

***20:47

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk hissə başa çatıb.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb - 4:1.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

***20:36

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda beşinci qol vurulub.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi bir qədər də artırıb - 4:1.

35-cü dəqiqədə Marko Yankoviç kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

***20:33

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda dördüncü qol vurulub.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.

33-cü dəqiqədə Nəriman Axundzadə dəqiq zərbə müəllifi olub.

***20:19

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda üçüncü qol vurulub.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.

18-ci dəqiqədə Kadi Borges adını tabloya yazdırıb.

***20:16

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ikinci qol vurulub.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

15-ci dəqiqədə qonaqların heyətində Klisman Sake avtoqol müəllifi olub.

***20:11

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk qol vurulub.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesbaı açıblar.

10-cu dəqiqədə Fabris Tamba fərqlənib.

***20:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) matçı start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü niderlandlı referi Danni Makkeli idarə edir. Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.