12 Avqust 2025 20:41
100
DÜNYA

Cənubi Koreyanın keçmiş birinci xanımının həbsinə order verildi

Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Qon Hinin korrupsiyada şübhəli bilinərək həbs olunmasına qərar verib.

Adalet.az xəbər verir ki, bu barədə onun işinə məsul olan xüsusi prokurorun nümayəndələri məlumat verib.

Bildirilir ki, bu, respublika tarixində ilk dəfədir ki, sabiq prezidentin həyat yoldaşının həbsinə order verilir.