12 Avqust 2025 20:23
110
DÜNYA

Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır

Ukrayna özünün iştirakı olmadan Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin qərarlarını tanımır.

Adalet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Youth Here” forumunda deyib.

“Ukraynasız Ukrayna haqqında danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Ona görə də söhbət onların özləri üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ Prezidenti bunu başa düşür və nəzərə alır”, - o bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşmək planlarını açıqlamışdı. Bu danışıqları Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib və qeyd edib ki, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanması variantlarının müzakirəsinə diqqət ayıracaqlar. Uşakovun sözlərinə görə, Putinlə Trampın növbəti görüşü, güman ki, Rusiyada baş tutacaq./report