Qabil Məmmədov Prokurorluğa çağırıldı: 24 maddə ilə günahlandırılır - VİDEO
Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib.
Adalet.az xəbər verir ki, həmin məlumatda bildirilir ki, təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.
Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.
Vurğulanıb ki, Qabil Məmmədov cinayət məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilir.
O, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb.
Həmçinin, Qabil Məmmədov sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.
Daha ətraflı İctimai TV-nin videomaterialında:
Digər Xəbərlər
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31
Vardanyanın məhkəməsində ifadələr dinlənildi - FOTOLAR
09 Dekabr 2025 18:21
Prokuror ərəblərə həbs cəzası istədi
08 Dekabr 2025 20:45
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi
08 Dekabr 2025 15:29
Məhkəmə Məmməd İbrahimliyə rədd cavabı verdi
05 Dekabr 2025 19:40
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
05 Dekabr 2025 16:09


Bakı -°C

