Qafqaz ölkələrinə səfər edən turistlərin SAYI AZALIB
Qafqaz ölkələrinə səfər edən turistlərin sayında azalma var.
Adalet.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatında bildirilir ki, bu ilin yanvar-fevral ayında Azərbaycana 338 min 621 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır.
O da vurğulanıb ki, təkcə fevralda ölkəyə 165 968 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 5,1 % azdır.
Bu iki ayda ölkəmizi ən çox hansı ölkələrin vətəndaşı ziyarət edib? -deyə soruşsanız hesabatda buna da cavab verilib: Azərbaycana ən çox turist 79 329 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (63 107 nəfər), 3-cü yerdə isə Hindistandan (33 663 nəfər) qərarlaşıb.
Bundan başqa, il ərzində İrandan 31,4 min, Gürcüstandan 17 min, Qazaxıstandan 11 min, Pakistandan 10,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 9,7 min, Səudiyyə Ərəbistandan 9,6 min, Özbəkistandan 5,8 min turist gəlib.
Saytımızın topladığı məlumata görə, elə bu gün Ermənistan Turizm Komitəsi də 025-ci ilin fevral ayında Ermənistana turist səfərlərinin sayını təqdim edib:"2025 Fevralda Ermənistana 117 372 turist səfər edib".
Komitə bildirib ki, əvvəlki ildə , yəni, 2024 -cü ilin fevralında Ermənistana turist səfər edənlərin sayı 127,241 nəfər olub .
Ötən illə nisbətdə bu il -2025 fevralında turistlərin sayında azalma olub.
Ermənistana ən çox turist səfəri Rusiya (39%), Gürcüstan (15%) və İrandan (8%) qeydə alınıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Mart 2026 09:15
“Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir...”
12 Mart 2026 11:31
İstehlakçılar ən çox nədən şikayətçidir?
12 Mart 2026 11:14
"İxracın həcmi artır, belə də davam edəcək" - İlham Əliyev
12 Mart 2026 11:09
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
12 Mart 2026 10:54
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi...”
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49


Bakı -°C

