Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını haqqında film təqdim edildi - “Səma xanımı” - FOTO
Bakıda, Nizamı Kino Mərkəzində “Səma xanımı” filmi təqdim olunub.
Adalet.az xəbər verir ki, film, Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunub. O, Azərbaycanın ilk təyyarəçi qadını olmaqla yanaşı, həmçinin SSRİ-nin ikinci qadın paraşütçülərindən biri kimi də tanınıb.
Filmdə Leyla xanımın 1930-1933-cü illərdəki həyatı öz əksini tapıb. Qadınların bir çox məhrumiyyətlərinin olduğu o dövrdə Leylanın həyatla mübarizəsi, çadradan imtinası, qorxmazlığı, möhkəm iradəsi bədii xətlə göstərilib. Eləcə də, ətrafdakı insanların qınaqlarına baxmayaraq, həyat yoldaşı Bəhramın ona bu mübarizədə dəstəyi diqqətə çatdırılıb. Bəhramdan dəstək alaraq daha inamla bu yolda addımlayan Leylanın oxumaq istəyi, Bakı Təyyarəçilər Məktəbinə qəbulu, uğurlu tələbə olması, ilk sərbəst uçuşu və daha sonra paraşütdən atlayışı filmdə tamaşaçıya çatdırılan hadisələr sırasındadır.
Peşəsinə sevgisi, qəhrəmanlığı, möhkəm iradəsi ilə tarixdə iz qoymuş Leyla Məmmədbəyova haqqında çəkilən bu filmin əsas məqsədi böyük işlərə imza atmış tarixi şəxsiyyətlərimizi təbliğ etmək, tanıtmaq, ictimaiyyəti, eləcə də bütün dünyanı Azərbaycanın tarixi şəxsiyyətləri haqqında məlumatlandımaqdır.
“Səma xanımı” filmi Azərbaycan Televiziyası, “Azərbaycan Hava Yolları” QSC və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılıb.
Digər Xəbərlər
14 May 2026 12:12
Ömrü qışa çevrilən Mömünat - Əntiqə Kərimzadə yazır…
12 May 2026 11:54
“Şərqin qapısı” Teatr Festivalı
12 May 2026 10:56
Akif İslamzadənin SON DURUMU
08 May 2026 10:48
Akif İslamzadənin ürəyinə stent qoyuldu - YENİLƏNİB
07 May 2026 10:45
Elçinin xatirəsinə həsr olunmuş “Şekspir” tamaşası
06 May 2026 11:43
Günay Əfəndiyeva Dövlət Teatrlarının baş direktoru ilə görüşüb
05 May 2026 14:15
Türkiyədə “Azərbaycan Kinosu Günləri”nə start verilir
04 May 2026 09:51


Bakı -°C

