Qalınçaq kəndində nə baş verir? - VİDEO
Son günlər İsmayıllının Qalınçaq kənd sakinlərinin sosial şəbəkədə bir-birlərinin ünvanlarına səsləndirdikləri qeyri-etik fikirlər və iddialar gündəm olub.
Adalet.az xəbər verir ki, Qərənfil adlı qadın bir qrup həmkəndlisinin onu məqsədli şəkildə narahat etdiyini, verdiyi pulları ala bilmədiyini, evindən və həyətindən oğurluq edildiyini deyib. O həmin şəxslərin narkotik vasitə istifadə etdiyini də iddia edib.
Onun danışıq tərzi, eləcə də səsləndirdiyi fikirlər bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən hazırlanan məzəli videoların mövzusuna çevrilib.
Məsələdə adı hallandırılan kənd sakinlərindən biri - Seymur Kərimov isə daha sonra video paylaşaraq barəsində deyilənlərin həqiqətə uyğun olmadığını söyləyib.
Həmçinin DİN-in Mətbuat xidmətinin Şəki Regional Bölməsindən bildirilib ki, iddialar təsdiqini tapmayıb.
Mövzu ilə bağlı APA TV həmin kənddən reportaj hazırlayıb. Məlum olub ki, 2021-ci ildə Qərənfil Osmanova Seymur Kərimovla ailə həyatı qurub və onlar qadının evində birgə yaşayıblar. Lakin bir qədər sonra münasibətləri pozulub və Qərənfil məlum videoları paylaşıb. O, müsahibəsində deyib ki, birgə yaşamağa başladıqları vaxtdan etibarən Seymur ona məxsus evdən oğurluq etməyə başlayıb.
S.Kərimov və qardaşı Elnur isə iddiaları təkzib ediblər. Onlar toyuq və ördəklərin Qərənfilin özü tərəfindən pay kimi verildiyini söyləyiblər.
Qalınçaq sakinləri isə baş verənlərdən utandıqlarını, kəndlərinin belə söz-söhbətlərlə məşhurlaşmasından məmnun olmadıqlarını deyiblər. Onların bəziləri Kərimovlar ailəsini sakit, bəziləri isə müalicəyə ehtiyacı olan şəxslər kimi səciyyələndiriblər.
Daha ətraflı süjetdə:
Digər Xəbərlər
09 Noyabr 2025 17:20
Kəndlər boşalır, cənablar!
09 Noyabr 2025 16:54
Asma körpü də problemi həll etməyəcək...
09 Noyabr 2025 16:37
Bəzi yollarda görmə məhdudlaşacaq
09 Noyabr 2025 15:04
Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil olunub - VİDEO
08 Noyabr 2025 08:59
Şuşanın azadlığının 5-Cİ İLİ...
07 Noyabr 2025 17:52
Milli Qəhrəman adı verilən Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 Noyabr 2025 16:51
Toyunda özünə şəhidlik arzulayan qəhrəman - Əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov
07 Noyabr 2025 16:39


Bakı -°C

