07 Avqust 2025 18:02
221
DÜNYA

Qanada üç günlük matəm elan edildi

Qana hökuməti avqustun 7-dən etibarən ölkədə üç günlük matəm elan edib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, matəm elan edilməsinə səbəb hərbi helikopterin qəzaya uğramasıdır. Onun göyərtəsindəki səkkiz nəfərin hamısının həlak olub.

Bildirilib ki, matəm günlərində dövlət bayraqları endiriləcək. Qana hökuməti qəzanı milli faciə adlandırıb.

Qeyd edək ki, həlak olanlar arasında müdafiə naziri Edvard Oman Boama və ətraf mühit, elm və texnologiyalar naziri İbrahim Murtala Muhammed var.