adalet.az header logo
  • Bakı -°C
02 Fevral 2026 18:51
67
GÜNDƏM
A- A+

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir.

Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Məlumata görə, Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.