Qara dənizdə daha bir tanker zərbə alıb: 20 nəfər təxliyə edilib - YENİLƏNİB
Qara dənizdə "VİRAT" adlı tanker zərbə alıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Gəmiçilik Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, tanker 35 dəniz mili məsafədə ikən zərbə aldığı barədə məlumat verib, dərhal xilasedicilər və bir gəmi əraziyə yönləndirilib.
Tankerdəki 20 nəfərin vəziyyətinin yaxşı olduğu qeyd edilib. Hadisənin səbəbləri araşdırılır.
Xatırladaq ki, daha əvvəl Bosfor boğazı yaxınlığında üzən "Kairos" tankerinin minaya toxunaraq partladığı barədə məlumat verilmişdi. Gəmidə olan 25 nəfər təxliyə edilmişdi.
20:48
Bosfor boğazı yaxınlığında üzən "Kairos" tankerinin minaya toxunaraq partladığı ehtimal olunur.
Adalet.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, partlayış zamanı tankerdə olan 25 nəfər təxliyə edilib, vəziyyətləri yaxşıdır.
20:33
Bosfor boğazı yaxınlığında üzən "Kairos" tankerinin maşın şöbəsində partlayış baş verib və yanğın başlayıb.
Adalet.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Tribeca" gəmiçilik agentliyi xəbər yayıb.
Məlumata əsasən, hadisə Bosfor boğazının şimalında qeydə alınıb.
Qambiya bayrağı altında üzən və ballast vəziyyətində olan tanker hadisə zamanı boğazdan təxminən 52 mil şimalda hərəkətdə olub.
Hadisə yerinə xilasedici yedəklər və sahil mühafizə bölmələri göndərilib. Bosfor boğazından gəmilərin hərəkətində problem yaranmayıb.
Digər Xəbərlər
02 Aprel 2026 19:03
Macarıstan mediası Avropada enerji böhranı riskindən yazır
02 Aprel 2026 17:52
Putin və bin Salman Yaxın Şərqi müzakirə etdilər
02 Aprel 2026 16:50
Rusiya-Ukrayna danışıqlarında vasitəçi ABŞ-dir - Peskov
02 Aprel 2026 16:30
Kallas və Van İ Hörmüz boğazını müzakirə etdi
02 Aprel 2026 15:44
"Hörmüz boğazının güc yolu ilə açılması risklidir"
02 Aprel 2026 15:43
Hakan Fidan almaniyalı həmkarı ilə İranı müzakirə etdi
02 Aprel 2026 13:48
Cənubi Qafqaz bölgəsinə maraq artır - Kavelaşvili
02 Aprel 2026 13:14


Bakı -°C

