Qara Qarayev "Neftçi"dən getdi
“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Digər Xəbərlər
27 Sentyabr 2024 01:32
UEFA Avropa Liqası: “Qarabağ” “Tottenhem”ə məğlub oldu - YENİLƏNİB
26 Sentyabr 2024 22:18“Tottenhem” və “Qarabağ” komandalarının start heyətləri AÇIQLANDI
26 Sentyabr 2024 10:44Avropa Liqası: “Fənərbağça” Belçika klubuna, “Beşiktaş” Niderland nəhənginə qarşı
26 Sentyabr 2024 09:43Bu gün "Qarabağ" "Tottenhem"lə qarşılaşacaq
25 Sentyabr 2024 21:56