“Qarabağ” 261 gündən sonra çempionat oyununda 3 top buraxdı
“Qarabağ” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb.
Peşəkar Futbol Liqasından Adalet.az-a bildirilib ki, Ağdam klubu XXI turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzub. Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.
“Qarabağ” sonuncu dəfə ötən mövsümün “Turan Tovuz”la görüşündə 3 qol buraxmışdı. Mayın 17-də keçirilmiş ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlmişdilər. 261 gün əvvəl də “Qarabağ” bir hissədə 3 top buraxıb.
Ötən tur “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir. 2017/2018-ci illər mövsümünün sonunda “Qarabağ” “Neftçi”yə 0:1, indi “Şamaxı” adlanan “Keşlə”yə 0:3 hesabı ilə uduzub.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

