28 Avqust 2024 16:10
458
İDMAN

""Qarabağ" 4:0 hesabı ilə qalib gəlib mərhələni keçəcək" - Aqil Abbas

""Qarabağ" klubunun oyunları həmişə çətindir. İnanıram ki, "Qarabağ" bu mərhələni keçəcək".

Adalet.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, "Qarabağ" azarkeşi Aqil Abbas deyib.

"Səfər oyununda rəqibə 3:0 hesabı ilə məğlub olsa da, buradakı oyunda 4:0 qalib gələr", - deyə A.Abbas bildirib.

Qeyd edək ki, "Qarabağ" klubu bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya təmsilçisi "Dinamo" ilə cavab matçına çıxacaq.