21 Iyul 2023 18:47
477
GÜNDƏM

 "Qarabağ Azərbaycandır" deyən, musiqimizi dünyaya sevdirən britaniyalı... 

İl 2009- Əslən Cənubi Azərbaycandan olan Böyük Britaniyanın məşhur müğənnisi Sami Yusif Xocalı Soyqırımının 18-ci il dönümündə xüsusi bəyanat verərək günahkarların cəzalandırılmasını tələb edərək deyir: "Biz heç bir zaman asılı olmayacağıq. Keçmiş Sovet İttifaqında yerləşən Xocalıda törədilən kütləvi qırğının 18-ci ildönümü qeyd edildi. Azərbaycanda və dünyanın başqa yerlərində baş vermiş bu və digər saysız vəhşiliklər barədə hər yerdə səslənməliyik. Biz səssizlərin və əzab çəkmişlərin səsiyik. Əgər biz sussaq, onların səsi susdurulacaq. O zaman bu əsarət özü qədər dəhşətli olmazmı? Hər kəsə sülh və xeyir – dua diləyirəm!"

 il 2020-ci ilin sentyabrı -  Dünyaca məşhur müğənni və bəstəkar Sami Yusif tvitterdə Azərbaycanla bağlı paylaşım edir. Sənətçi “Qarabağ Azərbaycanındır” həştaqından istifadə edərək həmin günlər cəbhədə baş verən döyüşlərə münasibət bildirir:“Bütün düşüncələr və dualarım sevimli Azərbaycan üçündür”.

 Adalet.az xəbər verir ki, bu gün Azərbaycan xalqının sevimli ulduzu olan Sami Yusifin doğum günüdür. O 43 yaşı ilə vidalaşır.

Sami Yusuf-Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçidir.1980-ci ildə İranda Azərbaycan kökənli bir ailədə dünyaya göz açır. 3 yaşında olarkən,İngiltərəyə Londanda yaşamağa başlayır.

 

Sami, çox kiçik yaşda piano, skripka, tar, Tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrəndi. Musiqi sahəsində bir iz buraxmaq üçün dərin bir tutku bəsləmişdi ki, bunu özün bəstələdiyi, nəşr etdiyi və söylədiyi, ilk albomu Al-Muallim'i çıxararaq reallaşdırmış oldu.

İngilis-müsəlman bir gənc birdən Misir və Türkiyə kimi ölkələrin şəhərlərində danışılacaq vəziyyətə qədər gəldi. Albom yalnız 3 milyonun üzərində satılmaqla qalmadı ayrıca ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir izləyici kütləsi qazandırdı. Onun musiqisi əsas QƏRB musiqisinə bir alternativ və rəqibdir. Ailə həyatına gəldikdə isə evlidir.

Sami Birləşmiş Millətlər ilə daha yaxın ikitərəfli münasibətlər çərçivəsində çalışaraq xeyr işlərində sponsorluq mövzusunda təşəbbüskar olmuş, Save the Children 2010 Pakistandakı sel qurbanlarının morallerinin yüksəlməsinə köməkçi olmaq üçün onun kömək mahnısı Hear Your Call ilə onlara ümid və sonsuz dəstək mesajı göndərmişdir. Parça, Birləşmiş Millətlər Ofisi - Humanitar Yardım Koordinatörlüğü, BBC və CNN liderliyində şüurlandırma kampaniyalarının şüarı halını almışdır.Bundan sonra isə Africa,Suriya üçün mahnılar səsləndirmiş,müsəlman bacı-qardaşlarına yardım üçün müxtəlif yerlərdə konsertlər vermişdir.

Sami, Birləşmiş Krallığın son on il ərzində Dünyaya ixrac etdiyi sənətçilərdən biridir. İngilis-müsəlman olmaqdan qürur duyan Sami, birliyin əzmli bir müdafiəçisi, eyni zamanda universal dəyərlərə dəstək və insan ruhunun kutsanışı yolu ilə özünü mədəniyyətlər arası anlayışa həsr etmiş biridir. Məqsəd, anlayış ilə uyğunluq hissi arasındakı uçurumda körpü yaradılması və mənəvi müstəqilliyi bəsləməkdir. Beləliklə birlikdə həyata və həmrəyliyin yeni dövrünü başlada bilərsiniz.

Nə vaxt ki fərqli irqlər birlikdə durur, nə zamanki gənc yaşlı ilə, dindarlar aqnostiklər ilə, qadınlarla  kişilərlə bir ağızdan mahnı söyləsə, bir bütün oluştururlarsa işdə o zaman Spiritique parlar. Və bu reallaşa bilər. Bir çoxumuz üçünsə onsuz da reallaşmağa başlamış vəziyyətdədir. O Birləşmiş Millətlər Təşkilatının Barış elçisidir və  mahnılarını ingliscə,farsca,turkcə,ərəbcə va hindicə oxuyur.

 Bu günə qədər Azərbaycan musiqisini heç bir xarici müğənni Sami Yusif qədər təbliğ etməyib. Sami 211-ci ildə ami Yusuf Türkiyə telekanalında "Yalqızam-yalqız" Azərbaycan  mahnısını oxumasıhər bir Azərbaycansevəri kövrəltdi. Onun ifasındakı "Sarı gəlin" mahnısı düşmənlərimizin  dünyaya "erməni mahnısı" kimi sırımaq  iddiasını yerlə yeksan etdi. Dəfələrlə Azərbaycanda olam məşhur müğənni hər dəfə göstərdi ki, həm Azərbaycana, həm onun xalqına, musiqisinə, tarixinə ədəbiyyatına vurğundur.  Sami  Yusuf “Youtube” rəsmi kanalındasevdiyi,  məhd etdiyi yurda “Azərbaycan” adlı bəstəsini həsr etdi. Azərbaycanın qədim tarixini sərgiləyən “Qobustan” adlı mahnısını isə bütün dünya dinlədi. Müğənni-bəstəkarın  "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyası isə ədəbiyyatımıza, poeziyamıza verilən qiymət oldu. Sami Yusifin bütün albomlarında Azərbaycan mahnısı demək olar ki, var. 

2019-cu il 30 iyun –10 iyul tarixlərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş bir qrup şəxs “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

P.S. Rusiyanın xalq artisti var: Tamara İlyiniçna Sinyavskaya! Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə , “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.  Azərbaycan 30 ildir erməni və rus hərbi birləşmələrinin hücumlarından əziyyət çəkir, maraqlıdir Rusiyanın xalq artisti dünyanın səs tembrinə görə seçilən opera müğənnisi heç vaxt  bu haqsızlıqlara etiraz etməyib, səs cıxarmayıb. Azərbaycanın yanında olduğunu nəinki deməyib, heç işarə də vurmayıb. Bundan başqa  T. Sinyavskaya ömrü boyu (80 yaş) bir dənə də olsa Azərbaycan mahnısını oxumaq nədir , heç zümzümə də etməyib. Bir cümləlik isə Azərbaycan dilində söz bilmir. Amma o  2002- çi ildə Azərbaycanın Əməkdar artisti adına və Əməkdar incəsənət xadimi adına, 2003-cü ildə "Şöhrət" , 2013-də "Dostluq" ordeninə, 2018-ci ildə "Şərəf" ordeninə layiq görülüb. Hələ də  bilmirəm ki,  80 yaşına görə Azərbaycanda "fəxri diplom”la ilə təltif edilən Tamara İlyiniçna niyə belə qiymətlidir?

Buna baxmayaraq Sami Yusifi ad günü münasibəti ilə ürəkdən təbrik edir və "sənin yerin qəlblərdədir" deyirəm!

 Əntiqə Rəşid