"Qarabağ" cərimələndi

Misli Premyer Liqasında çıxış edən "Kəpəz", "Səbail", "Sabah" və "Qarabağ" klubları cərimələnib.
Adalet.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.
Gəncə təmsilçisi "Zirə" ilə XXXII turun oyununda azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə (bu hal üçüncü dəfə yaşandığı üçün) 1000 manat ziyana düşüb.
"Səbail" isə "Araz-Naxçıvan"la matçda dörd oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
"Sabah" "Qarabağ"la matç bitdikdən sonra meydana kənar şəxsin daxil olması ucbatından 800 manat, Ağdam təmsilçisi isə fanatları pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat cərimə edilib.
Digər Xəbərlər

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı

Misli Premyer Liqasında XI tur "Zəfər turu" adlanacaq
