07 Oktyabr 2024 19:25
827
İDMAN

“Qarabağ” ciddi itki ilə üzləşdi

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə bir həftə yaşıl meydanlardan uzaq qalacaq.

Adalet.az xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

27 yaşlı müdafiəçi UEFA Avropa Liqasının Liqa mərhələsinin "Malmö" ilə oyununda (1:2) zədə alıb.

Aparılan müayinədən sonra onun çanaq əzələsində dartılma müəyyən edilib.

Qeyd edək ki, B.Mustafazadə zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb.