"Qarabağ" ÇL-də mübarizəyə 2-ci mərhələdən başlayacaq
Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Adalet.az xəbər verir ki, bu, PSJ-nin ÇL-in finalına yüksəlməsindən sonra dəqiqləşib.
Məsələ burasındadır ki, qitənin ən nüfuzlu klub turnirinin finalçıları olan "İnter” və PSJ növbəti mövsüm üçün yarışın Liqa mərhələsinə vəsiqəni öz ölkəsinin çempionatından qazanıb. Nəticədə Çempionlar yolunun təsnifat mərhələlərində oynamalı olan ən yüksək reytinqli klub “Olimpiakos” (Yunanıstan) birbaşa liqa mərhələsinə yüksəlib. Bu isə 2-ci təsnifat mərhələsində bir komandanın azalması deməkdir. Belə olduğu halda isə 1-ci təsnifat mərhələsində oynamalı olan iki ən reytinqli komanda mübarizəyə 2-ci mərhələdən başlamaq hüququ qazanır ki, bunlar da “Slovan” (Slovakiya) (33,500) və “Qarabağ”dır (32,000).
Xatırladaq ki, UEFA-nın ötən ildən tətbiq etdiyi yeniliyə əsasən növbəti tura yüksəlməyə ölkənin reytinqi deyil, konkret klubun reytinqi təsir edir. Ötən il də bundan faydalanan “Qarabağ” ÇL-də yarışa 2-ci təsnifat mərhələsindən başlamışdı.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:17
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24


Bakı -°C

