"Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Adalet.az xəbər verir ki, “Lublin Arena”da oynanılan qarşılaşma Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Ağdam klubunun heyətində 88-ci dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalandırılıb.
Komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.
*** 22:11
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
Adalet.az xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabda irəlidədir - 1:0.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
*** 21:58
UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsində ilk oyununda birinci hissə başa çatıb.
Adalet.az xəbər verir ki, “Lublin Arena”da oynanılan qarşılaşmada Ağdam təmsilçisi fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.
*** 21:04
UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Adalet.az xəbər verir ki, “Lublin Arena”da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.
*** 20:14
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Polşanın Lublin şəhərində üz-üzə gələn Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.
Adalet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Lublin Arena”da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 94. Tomaş Kendziora, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko;
Baş məşqçi: İqor Kostyuk.
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 2. Mateus Silva, 25. Cebrail Mekreskis, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 29. Renaldo Sefas;
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.
Digər Xəbərlər
09 Sentyabr 2026 21:00
“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı
09 Sentyabr 2026 20:45
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
09 Sentyabr 2026 19:01
Zubir “Qarabağ”a qayıdır? – RƏSMİ
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
09 Sentyabr 2026 09:51
Arda Gülerə möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi
09 Sentyabr 2026 09:31
Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
09 Sentyabr 2026 06:53
“Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi
08 Sentyabr 2026 14:59


Bakı -°C

